Modern.az

Azərbaycan Müəllimlər İnstitutunda Bilik günü qeyd edilib - FOTOLAR

Azərbaycan Müəllimlər İnstitutunda Bilik günü qeyd edilib - FOTOLAR

Aktual

15 Sentyabr 2012, 19:28

Sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Bilik günü və 2012-2013-cü tədris ilinin başlnaması münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl AMİ-nin professor-müəllim heyəti, qonaqlar və tələbələr institutun Heydər Əliyev Mərkəzini ziyarət ediblər. İnstitutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı çıxış edərək yeni dərs ilinin başlanmasının mühüm ictimai-siyasi hadisə və hər bir ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirib.

A.Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin və müasir standartlara cavab verən tədris korpusunun, yataqxana binasının yeni dərs ilində tələbələri qarşılamağa tam hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rektor Bilik günü münasibətilə bütün müəllim həmkarlarını, tələbələri təbrik edib, onlara uğurlar, sürətlə inkişaf edən dövlətimiz, millətimiz adına gözəl nailiyyətlər əldə etməyi arzulayıb.

Dövlət himni səsləndirildikdən sonra institutun Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müdiri, professor Ramiz Məmmədzadə məzunları təbrik edib, onlara şərəfli müəllim peşəsinə yiyələnməyin əhəmiyyətindən danışıb.

Daha sonra tədbirdə çıxış edən məzunlar, yüksək balla instituta qəbul olmuş birinci kurs tələbələri və valideynlər öz sevinclərini bölüşüblər və təhsil almaq üçün yaradılan şəraitə görə institutun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda yüksək balla instituta qəbul olmuş bir qrup gəncə tələbə biletləri təqdim edilib.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür