Modern.az

Deputat Bilik gününü Gəncədə keçirib

Deputat Bilik gününü Gəncədə keçirib

16 Sentyabr 2012, 08:00

122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilən Flora Qasımova yeni tədris ilinin başlanması ilə əlaqədar Gəncə şəhərində yerləşən N.Şahmuradov adına Xocalı rayonu Kərkicahan qəsəbə tam orta məktəbində müəllim və şagird heyəti ilə görüşüb. Deputat görüş zamanı ölkə rəhbərliyinin təhsilə olan diqqət və qayğısından söz açmış, onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirmək istiqamətində öz tövsiyyələrini verib. Daha sonra tədbir məktəblilərin hazırladığı kompozisiya ilə davam edib. Tədbir yekunlaşdıqdan sonra deputat Flora Qasımova qəsəbə nümayəndəliyində seçiciləri qəbul edib, onları narahat edən problemlərlə maraqlanıbdır.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?