Modern.az

Bakı-Sumqayıt yolunda yenə də dəhşətli tıxac

Bakı-Sumqayıt yolunda yenə də dəhşətli tıxac

17 Sentyabr 2012, 10:44

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda, xüsusəndə Sumqayıtdan Xırdalan istiqamətinə gələn avtomagistralda ucu-bucağı görünməyən tıxac meydana gəlib. Hazırda həmin ərazidə olan əməkdaşımızın verdiyi məlumata görə,  tıxac artıq bir saatdan çoxdur ki, davam edir. Tıxacın yaranmasına səbəb kimi sözügedən ərazinin yaxınlığında yerləşən Qafqaz universitetində dərslərin başlaması göstərilir. Qeyd edək ki, tədris ilinin başlanması ilə əlaqədar analoji problem paytaxtın mərkəzi küçələrində də yaşanmaqdadır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi