Modern.az

Bitərəflərin MSK-ya göndərəcəyi namizədlərin adları bəllidir - Deputatlar DANIŞDILAR

Bitərəflərin MSK-ya göndərəcəyi namizədlərin adları bəllidir - Deputatlar DANIŞDILAR

22 Aprel 2021, 09:56

Bu gün parlamentdə təmsil olunan 45 müstəqil deputat Mərkəzi Seçki Komissiyasına öz namizədlərini müəyyənləşdirmək üçün görüş keçirəcək.


Bu barədə Modern.az-a danışan deputat Rasim Musabəyov söyləyib ki, namizədlərin kimlər olacağı hələlik bəlli deyil:


“Biz namizədlər haqqında məlumatı bu gün keçiriləcək iclasda öyrənəcəyik”.


Deputat Zahid Oruc
isə namizədlərin siyahısının bəlli olduğunu, lakin adların iclasda açıqlanacağını bildirib:


“MSK-ya üzv göndərilməsi üçün namizədlərin siyahısı məlumdur. Amma bu siyahı ilə tanış deyilik. Saat 11-də başlanacaq iclasın idarəçisi bitərəf deputatların nümayəndəsi, vitse-spiker Adil Əliyevdir”.


Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.


2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. Lakin son seçkilərdən sonra MSK-nın tərkibi yenilənməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir