Modern.az

Ata-oğul Gömrük Komitəsində işləyir? - Rəsmi CAVAB

Ata-oğul Gömrük Komitəsində işləyir? - Rəsmi CAVAB

23 Aprel 2021, 15:56

Vəkil Elçin Sadıqov ata və oğlunun Dövlət Gömrük Komitəsində çalışdığına dair məlumatı ictimailəşdirib. Vəkil sosial şəbəkə hesabında bunları yazıb:

 

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsindəyəm. Nicat adlı əməkdaşın hərkətlərindən idarənin rəis müavini Sənan adlı şəxsə zəng edib şikayətləndim. Dedi telefonu verin Nicata. Nicat telefonu götürüb “hə ata” deyə cavab verdi”.

 

Məlumat üçün bildirək ki,“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər.

 

Məsələ ilə bağlı Dövlət GömrükKomitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, deyilənlər tamamilə cəfəngiyyatdır.:

 

“Nicat Muxtarlının həmin idarənin rəis müavini Sənan İbrahimovla heç bir qohumluq əlaqəsi yoxdur”.

 

Onu da qeyd edək ki, Nicat Muxtarlının 32, Sənan İbrahimovun isə 45 yaşı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir