Modern.az

İcra başçısı müşavirə keçirdi - FOTO

İcra başçısı müşavirə keçirdi - FOTO

Aktual

23 Aprel 2021, 16:54

 

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun idarə-təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrin iştirakı ilə, müşavirə keçirib.

 

Müşavirədə rayonda Covid-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri, karantin rejimi qaydalarının pozulmasının qarşısının alınması və əhali arasında aparılan vaksinasiya işləri; 

 

Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və problemlərin həllinin icra vəziyyəti;

 

Cari ilin pambıq və tütün əkini işlərinin aqrotexniki qaydalara uyğun aparılması, əkin sahələrinin vaxtında və növbəli suvarma suyu ilə təminatı, həmçinin barama qurdunun saxlanılmasına hazırlığın vəziyyəti;

 

Dost-iş MMC-də haqqı ödənilən ictimai işlərə cəlb edilənlərlə bağlı əmək intizamına və şəffaflığa əməl olunması;

 

Şəhərdə  və bütün rayon ərazisində abadlıq,quruculuq və tikinti işləri, elektrik, təbii qaz, telefon-rabitə sahəsində mövcud vəziyyət və bu sahələrdə zəruri tədbirlərin görülməsi  ilə bağlı  məsələlər geniş müzakirə olundu.

 

Müşavirənin sonunda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərancamları ilə, rayon Prokuroru Kamran Məmmədovun “Vətən uğrunda” və  rayon İcra Hakimiyətinin məsul əməkdaşı Hafiz İbrahimovun  “dövlət qulluğunda fəqrlənməyə görə” medalları ilə təltif edilməsi ilə bağlı,  İcra Başçısı Məhərrəm Quliyev rayon ictimaiyyətinin təbriklərini bildirdi.

 

Müşavirə karantin rejimi qaydalarının tələblərinə tam riayət olunmaqla, keçirilmişdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü