Modern.az

Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR

Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR

23 Aprel 2021, 18:38

Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu gün  nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib. 

 

Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

 

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?