Modern.az

Azərbaycan Ordusu Gülablı istiqamətində 4 kilometr İRƏLİLƏDİ

Azərbaycan Ordusu Gülablı istiqamətində 4 kilometr İRƏLİLƏDİ

29 Aprel 2021, 12:42

Azərbaycan Ordusunun Qarabağda irəliləməsi barədə yeni məlumat yayılıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ordumuz Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürüb.

 

Ərazidəki yüksəklik Azərbaycan tərəfinə Harov kəndi ilə yanaşı, 7,5 kilometr uzaqlıqda yerləşən Xankəndi şəhərini də vizual nəzarətə almağa imkan verir.

 

Sosial şəbəkələrdə yeni mövqelərdən açılan mənzərə ilə bağlı görüntülər də yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı