Arxiv
1 May 2021, 12:02 | MEDİA
Azərbaycanda media mühitinin sağlamlaşmasına xidmət edən addım

29 aprel tarixində “Haqqın.az” saytında yayımlanmış “Fransa Ermənistanın tərəfində Azərbaycanla müharibəyə girir” adlı məqalədə müəllif Eynulla Fətullayev Fransanın ölkəmizə qarşı apardığı aqressiv siyasətin qarşılığında Milli Məclisin “passivlik göstərdiyini” qeyd etmişdi. Millət vəkili C. Feyziyev saytın redaksiyasına məktub göndərərək məqalədə Fransa siyasəti ilə bağlı irəli sürülən mülahizələri təqdir etdiyini, lakin Milli Məclisin susqunçuluq mövqeyi haqqında irəli sürülən iddianın qəbuledilməz olduğunu bildirib. Haqqın.az saytı bir gün sonra millət vəkilinin redaksiyaya etirazını da öz səhifələrində dərc edib.

 

Millət vəkili redaksiyaya məktubunda bütün keçən il ərzində Fransanın Ermənistan tərəfindən törədilmiş təxribatlara verdiyi siyasi-mənəvi dəstəyinə qarşı Milli Məclisin rəhbərliyi, müvafiq komitə və şöbələri, parlamentlərarası işçi qrupları və eləcə də ayrı-ayrı deputatlar tərəfindən atılmış çoxsaylı addımları sadalayıb.


Cavanşir Feyziyev qeyd edib ki, “…keçən ilin noyabr və dekabr aylarında Fransa Senatında və Milli Assambleyasında ölkəmiz əleyhinə qəbul olunmuş qətnamələrin müzakirəsinə qarşı Milli Məclisin plenar sessiyalarında qızğın debatlar olub və Fransanın bölgəmizlə bağlı yürütdüyü ədalətsiz siyasəti kəskin şəkildə pislənib, hətta Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılması ilə bağlı Milli Məclis tərəfindən hökümətə müvafiq təklif də qəbul olunub”.

Keçən həftə ərzində Fransa Senatı sədrinin böyük bir nümayəndə heyəti ilə Ermənistana səfərinə toxunan millət vəkili yazıb. “… keçən həftə ərzində Fransa Senatının sədri Jerar Larşenin qondarma “soyqırımının” ildönümü ilə bağlı Ermənistana etdiyi səfər çərçivəsində verdiyi açıqlamalara Milli Məclisin Sədri xanım Sahibə Qafarova və eləcə də çoxsaylı millət vəkilləri tərəfindən kəskin reaksiya verilmişdir. Həmçinin Milli Məclisin 27 aprel tarixində keçirilən son Plenar Sessiyasında Milli Məclisin Sədri və Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun rəhbəri Fransa Senatı sədrinin açıqlamalarına öz kəskin etirazlarını bir daha ifadə ediblər. Hal-hazırda Fransa Milli Assambleyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan növbəti anti-Azərbaycan xarakterli qətnamənin layihəsinin qarşısının alınması üçün həm Milli Məclis səviyyəsində, həm də diplomatik təmaslar vasitəsilə Fransanın müvafiq siyasi dairələri ilə fəal iş aparılır…”.

Milli Məclis tərəfindən vaxtında və yerində atılmış adekvat addımlar haqqında bütün məlumatların Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi açıqlamalarda, eləcə də mətbuatda dərc olunmuş çoxsaylı məqalələrdə və ictimai-siyasi məzmunlu televiziya verilişlərində ölkə ictimaiyyətinin diqqətinə çatdırıldığını vurğulayan millət vəkili Haqqın.az redaksiyasının bütün bunlardan “xəbərsiz” olduğundan təəccübləndiyini və təəssüfləndiyini bildirib.
Deputatın etirazı Haqqın.az saytının özündə yayımlanıb. Sevindirici hal odur ki, bu fakt öz-özlüyündə Azərbaycanın mətbuat mühitində yeni bir yanaşmanın formalaşdığını, on-line medianın etik çalarlar qazanmağa başladığını və qərəzsizliyini göstərir. Azərbaycanda media mühitinin sağlamlaşmasına xidmət edən hər bir addım rəğbətə layiqdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05