Modern.az

Messi “Barselona” futbolçuları üçün evində ziyafət verdi

Messi “Barselona” futbolçuları üçün evində ziyafət verdi

Aktual

4 May 2021, 00:58

“Barselona”nın kapitanı Lionel Messi İspaniya çempionatının 34-cü turu çərçivəsində “Valensiya” üzərindəki 3:2 hesablı qələbədən sonra komanda yoldaşları üçün ziyafət təşkil edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hücumçu öz evində şam yeməyi süfrəsi açıb və həmkarlarını dəvət edib. Bildirilir ki, o, həm “Valensiya” üzərindəki qələbəni qeyd edtmək, həm də “Atletiko” ilə oyundan əvvəl komandada birlik əhval-ruhiyyəsini möhkəmləndirmək üçün bu addımı atıb.  

 

Qeyd edək ki, “Barselona”nın turnir cədvəlinin lideri olan "Atletiko Madrid" ilə qarşılaşması mayın 8-də baş tutacaq. Matçda qələbə katalonları La Liqanın lideri edəcək və onlar üçün çempionluq yarışında irəliyə doğru böyük addım olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var