Arxiv
5 May 2021, 12:50 | İQTİSADİYYAT
Bakı əhalisinin 3 aylıq XƏRCLƏRİ

2021-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 1130,2 milyon manat olub.

 

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib.

 

Bununla yanaşı, 2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,5 faiz azalaraq 84,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 faiz azalaraq 63,0 milyon manat təşkil edib.

 

2021-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5366,7 milyon manatda qərarlaşıb:


“Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2617,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”.


Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 21,6 faizini isə sair tikinti işləri təşkil edib:


“Ümumi inşaat işlərinin 89,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər”.


2021-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 8,8 milyard manat təşkil edib:


“Sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 18,6 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2021-ci il vəziyyətinə 340,6 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İƏT hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib 18 İyun 2021, 10:10 Azərbaycan ziyalıları ən doğru seçimi etdi 18 İyun 2021, 10:05 Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılır 18 İyun 2021, 10:00 Bu tələbələrə güzəşt ediləcək - Nazir açıqladı 18 İyun 2021, 09:54 Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ 18 İyun 2021, 09:48 8 Noyabr prospektində qəza - FOTO 18 İyun 2021, 09:42 Müğənni Nura Surinin oğlu qəzaya düşdü - VİDEO 18 İyun 2021, 09:36 Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?