Arxiv
7 May 2021, 08:39 | QARABAĞ
8 may - Şuşanın işğal tarixini necə qeyd etməli…

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.

Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.


Bəs zəfər əhval-ruhiyyəsində olan Azərbaycan xalqı 8 mayı necə qeyd edəcək? 


Bununla bağlı Modern.az-a danışan Şuşanın deputatı Elman Məmmədov şəhərin işğal olunduğu günə “Əziz Şuşa! Sən azadsan!” sözləri ilə münasibət bildirib:    


“Biz tariximizi unutmamalıyıq.1992-ci il mayın 8-i Şuşanın ermənilər  tərəfindən işğal olunduğu gündür. Bu il isə biz Şuşanın işğal günündə cənab Prezidentin dediyi kimi söyləyirik ki, əziz Şuşa, sən azadsan! Şuşada, Bakıda, eləcə də ölkəmizin digər bölgələrində də işğal günü qeyd olunacaq. İşğal günündə qürurla dayanacağıq, çünki  düşməndən intiqamımızı aldıq və Şuşamızı azad etdik.

Bu ərəfədə cənab prezidentin Şuşaya və digər ərazilərə səfəri ola bilər. Amma onsuz da, Ramazan bayramından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyevin Şuşaya səfəri gözlənilir. Ona görə, prezidentin 8 mayda Şuşaya gedib-getməyəcəyi haqqında fikir söyləyə bilmərik”.


Ermənilərin hər il Şuşanın işğal günündə orada “qələbə paradı” keçirdiklərini xatırladan deputat onlara bir daha dərs verməyin məqamı olduğunu düşünür:

“Mən Modern.az-a və digər xəbər saytlarına da bir neçə dəfə açıqlamamda qeyd etmişəm. İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək. Şəhidlərimizi də orada anaq. Bu da ermənilərə göz dağı olsun. Əlbəttə ki, bu mənim ürəyimdən  keçənlərdir. Hər şey cənab prezidentin tapşırığı və rəhbərliyi ilə həyata keçirilir. Hər il biz Şəhidlər Xiyabanını ziyarət edirik. Bu il də pandemiyaya görə, kütləvi şəkildə olmasa da, kiçik qruplarla mütləq ziyarət edəcəyik”.

Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30 Eldar Həsənov hospitala aparıldı – VİDEO   3 Avqust 2021, 09:26 Cahit Bağçı Azərbaycana təşəkkür etdi 3 Avqust 2021, 09:22 Məşhur gecə klubunda karantin qaydaları pozuldu   3 Avqust 2021, 09:18 Neftin ucuzlaşması davam edir 3 Avqust 2021, 09:12 Ramil Quliyev yarımfinalda 3 Avqust 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 3 Avqust 2021, 09:00 Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq 3 Avqust 2021, 08:52 Mobil telefon sonsuzluq yaradır? 3 Avqust 2021, 08:44 İslam Abbasov da medalsız qaldı - YENİLƏNİB 3 Avqust 2021, 08:43 Sahibə Qafarova İrana gedir 3 Avqust 2021, 08:30 Rəisinin andiçməsinə 10 prezident qatılacaq 3 Avqust 2021, 08:20 Olimpiadada daha 18 nəfər virusa yoluxdu   3 Avqust 2021, 08:13 İran silkələndi 3 Avqust 2021, 08:07 Şəhriyar yenidən Aronyana qarşı 3 Avqust 2021, 08:01 Manolova Tokiodan medalsız qayıdır 3 Avqust 2021, 07:49 İmtahanda ən yüksək balı o topladı  3 Avqust 2021, 07:05 Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50