Modern.az

Bu il açılacaq DOST mərkəzləri

Bu il açılacaq DOST mərkəzləri

Aktual

7 May 2021, 12:05

“Yaxın zamanda Bakıdan kənarda ilk DOST mərkəzi açılacaq. Bu, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 6 saylı Dost Mərkəzidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  “Sosial saat” verilişində çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

 

Onun sözlərinə görə, Bakıda 5 saylı Dost Mərkəzinin açılışı da planlaşdırılır:

 

“Bununla bütün paytaxt sakinləri mərkəzlərin xidmətləri ilə əhatə ediləcək. Yaxın gələcək üçün Bərdə və Quba Dost Mərkəzlərinin açılması gündəmdədir. Daha sonra planda Gəncə Dost Mərkəzinin açılması var”.

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ