Modern.az

“Çinar” restoranında ÖLÜM

“Çinar” restoranında ÖLÜM

Aktual

8 May 2021, 10:38

Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalarla Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurması müəyyənləşib. Nəticədə Sahib Əhmədov hadisə yerində ölüb. Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir