Modern.az

Əfqanıstanda dəhşətli partlayış - onlarla şagird öldü

Əfqanıstanda dəhşətli partlayış - onlarla şagird öldü

8 May 2021, 22:47

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 55 nəfər ölüb, 150 nəfər yaralanıb.

 

Bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Əfqanıstanın Səhiyyə Nazirliyi hələlik 30 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Öldürülənlərin və xəsarət alanların əksəriyyəri şagirdlərdir.

 

***

 

Kabilin qərb hissəsində yerləşən məktəbin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 37 nəfər həyatını itirib, daha 56 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “1TV” telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

 

Nazirliyin məlumatına görə, partlayış üç partlayış Kabildə qızlar məktəbinin qarşısında baş verib. Ölənlərin çoxu məktəb şagirdləridir.     

   

Əfqanıstan lideri Əşrəf Qani baş verənləri terror aktı adlandırıb və baş verənlərdə radikal “Taliban” hərəkatını günahlandırıb. “1TV”, həmçinin bildirib ki, “Taliban”ın nümayəndələri hücumu pisləyiblər. Baş verənlərə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür