Modern.az

\"Sevilya\"nın oyunçusu \"Real\"ı uduzmaqdan xilas etdi

\

10 May 2021, 01:11

İspaniya La Liqasının 35-ci turunda "Real Madrid" - "Sevilya" qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş matçda qonaqlar qələbəni son dəqiqədə əldən verib.

 

Oyunda ilk qolu "Sevilya"nın heyətində Fernando (22-ci dəqiqə) vurub. 67-ci dəqiqədə Marko Asensio "Real"ın bərabərlik qolunu vurub.

78-ci dəqiqədə İvan Rakitiç penaltini dəqiq yerinə yetirərək "Sevilya"nı yenidən önə çıxarıb. Oyunun 90+4-cü dəqiqəsində Dieqo Karlos öz qapısına qol vurmaqla komandasını qələbədən məhrum edib.

 

Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekinlaşıb.

 

Bu nəticədən sonra "Real Madrid" 75 xalla yenidən ikinci pilləyə yüksəlib. "Sevilya" isə 71 xalla 4-cü pillədəki yerində qalıb.

 

Qeyd edək ki, sona 3 tur qalmış La Liqaya 77 xalla "Atletiko Madrid" başçılıq edir. "Barselona" isə 75 xalla 3-cü pillədədir.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı