Modern.az

Türkiyə səfiri Qubadan paylaşım etdi - FOTO

Türkiyə səfiri Qubadan paylaşım etdi - FOTO

Aktual

10 May 2021, 22:44

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı xəbəri səfir öz tvitter hesabında paylaşım edib.

 

Səfir Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.

 

“1918-ci ildə 2000-dən çox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, - deyə səfir qeyd edib.

 

Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını və Quba məscidini də ziyarət edib. 

 

“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb” - səfir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi