Modern.az

General Muradov Xankəndi ermənisinin evinə niyə getdi? - FOTO

General Muradov Xankəndi ermənisinin evinə niyə getdi? - FOTO

11 May 2021, 00:11

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanlığı 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarını Qələbənin 76-cı ildönümü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, Rusiya Qəhrəmanı, general-leytenant Rüstəm Muradov Böyük Vətən müharibəsi veteranı və eyni zamanda Xankəndi şəhəri Veteranlar Şurasının sədri Sergey Eremoviç Barseqyanı təbrik etməyə gedib:

 

"Sergey Eremoviç 1943-cü ildə çağırılıb və 1-ci Ukrayna Cəbhəsində xidmətə gedib. Ukrayna və Çexoslovakiyanın azad edilməsində iştirak edib və yalnız 1946-cı ildə vətənə dönüb".

 

Qeyd olunub ki, bu ərəfədə Rusiya sülhməramlı kontingentinin komandanlığı Xankəndi şəhərində yaşayan 11 veterana baş çəkib. Onlara qırmızı qərənfil buketləri və rus sülhməramlıları tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim edilib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır