Arxiv
12 May 2021, 08:58 | AKTUAL
Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə…

ABŞ-ın Arkanzas ştatının keçmiş dairə prokuroru və hakimi olmuş, hüquq üzrə doktor, yazıçı Samyuel A.Uimz (1936-2003) “Ermənistan-terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabını 2002-ci ildə Texas ştatının Müq.İohann Universitetinin nəşriyatında çar etdirib.


Yazıçı-tədqiqatçı bildirib ki, o, İsveç kökənli olsa da, ulu babaları 1686-cı ildə ABŞ-a köçüblər. Nə türk, nə azərbaycanlı, nə də gürcü mənşəlidir. Yazdığı bu kitabın ərsəyə gəlməsi üçün Vaşinqton Dövlət Departamentində, Roma, Paris, London, Moskva, İstanbul şəhərlərinin arxiv məlumatlarından istifadə etdiyini, amma Ermənistan arxivlərinin onun üçün bağlı qaldığını bildirib.


Boston şəhərində Erməni İnqilabi Federasiyası Partiyasının “Daşnakstyun” arxivinin mövcudluğu onun təəccübünə səbəb olub. Müəllif deyib ki, bu əsərin yazılmasına görə ABŞ-dakı ermənilərin təhdidləri onu qorxutmayıb, çünki ona məlum idi ki, ermənilərin saxta soyqırımı uydurmalarını ifşa etdiklərinə görə professor Stanford Şavvın evi partladılmış, Luisvill Universitetinin (Kentukki ştatı) professoru, tarixçi-demoqraf Castin Makkartiyə (1945), rejissor, senarist-aktyor Robin Villiamsa (1951-2014)… qarşı qəsdlər törədilmişdi.


Bu kitabın Azərbaycan türkcəsində nəşri (ingilis dilindən çevirəni, yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945-2014), elmi redaktoru psixologiya elmləri doktoru, professor, Milli Məslisin deputatı Səməd Seyidov (1964), I cildi (“Ermənilərin böyük fırıldaqları” seriyasından, 388 səhifə)  “Azərbaycan və Türk xalqlarının əbədi birliyinə həsr edilib və “Mütərcim” nəşriyyatında 2015-ci ildə işıq üzü görüb. 


Bu qiymətli tərcümənin məzmunu və elmi-tarixi dəyəri barədə gələcək yazılarımzda, indi isə Samyuel A.Uimzin kitabda diqqət çəkən mülahizələri haqqında.


Qeyd etmək vacibdir ki, ABŞ-da 1920-ci ildən sonra bu mövzuda diplomatlar (Henri Morgentau, Meri Küşmən, Cessi B. Cekson), hərbçilər (general Ceyms Harbord), jurnalistlər (Klark Strit, Emori Nayls, George H.Henvort), hüquqşünaslar (Bruce Fein, Artur Sazerlend),  tədqiqatçılar (professorlar Castin Makkarti, Stanford Şavv, Karolin Makkarti, Norman Stone)… tərəfindən arxiv sənədləri əsasında kifayət qədər məlumatlar ictimailəşdirilsə də, onlara lazımı diqqət yetirilməyib.


Elə S.A.Uimizin araşdırmaları da bu “qaranlıq məqamlara” kifayət qədər işıq saçmaq məqsədi daşıyır.


Müəllifin fikrincə, Amerika Birləşmiş Ştatları ilə Müsəlman-Türk dünyası arasındakı anlaşılmazlığın yaranması səbəblərinin araşdırılması müasir dövrdə beynəlxalq və regional əhəmiyyət daşıdığı kimi, həm də dünya təhlükəsizliyinin təminatı üçün xüsusilə vacibdir.


 Və o, qarşıya sual qoyur:


- Hansı qüvvə ciddi-cəhdlə Qərb dünyası ilə (ABŞ-da daxil olmaqla) Müsəlman-Türk aləmini həmişə ayrı-ayrı cəbhələrdə olmasına səy göstərir? Tərəfləri düşmənçilik səviyyəsində saxlayanlar kimlərdir?


Məhz bu suallara rəğmən müəllif xahiş edir ki, onun bu istiqamətdə apardığı tədqiqat nəticələri ilə  bütün xristianlar tanış olsunlar, xüsusilə XX əsrin əvvəllərindən böyük məbləğdə pulların mənimsənilməsi üçün təşkilatlanmış ermənilər tərəfindən aldadılan amerikalı vergiödəyiciləri.

İxtisasca hüquqşünas olan müəllif etibarlı arxiv faktlarını təhlil etməklə,  bir çox hallarda erməni mənbələrinə istinadən saxta “həqiqi xristian və demokrat”olan ermənilərin əsl mahiyyətini  (xırda detallarına qədər) müəyyən edə bilmişdir. Nəticədə, qələmə aldığı kitabda  “ermənilər” tərəfindən aldadılanların, xəyanətlərin, zorakılığın, qətl və terror hallarının… uzun siyahısı yaranıb, hansı ki, bunlardan xristian aləminin xəbəri yoxdur – “qulağı eşitmir”, “gözü görmür”,  təbii ki, “ermənilər”in ciddi-cəhdi sayəsində.


Əlavə olaraq qeyd edək ki, S.Uirmz “Aksion” dərgisinə verdiyi müsahidə də (Arkanzas ştatı) bildirib ki, ermənilərin bu sahədə dəstəklənməsi iki amillə bağlıdır


- ABŞ-ın mərkəzi və federal idarəetmə və qanunveriricilik orqanlarında yüksək səlahiyyətlilərin  pulla ələ alınması (çünki ABŞ-da atalar sözü var: “pul, var-dövlət siyasətdə ana südüdür”);


  - özlərini xristian dünyasının ən qədim və məzlum xalqı kimi tanıtması istiaqamətində apardığı təbliğat-təşviqat işlərinin nəticəsi.

 
Müsahib xatırladıb ki, prezident B.Klinton dövrünüdə siyasətçiləri ələ almaq üçün ermənilər 14 milyon dollar xərcləyib. Və əgər Fransa parlamentində uydurma erməni soyqırımı tanınıbsa, bu məsələ nəzərdə tutlan qaydada araşdırılsa, hökmən fransız siyasətçilərinin erməni lobbisi tərəfindən ələ alınması faktı öz təsdiqini tapacaqdır.  


Həmin müsahibəsində S.Uirmz bildirib – “Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir.” 


Amerikalı tədqiqatçı belə nəticəyə gəlib ki, ermənilərin “soyqırımı” iddiaları onların Türkiyə və Azərbaycan ərazilərinə (Gürcüstanı da unutmurlar) qarşı əsassız, amma dövlət səviyyəsində irəli sürdükləri işğalçılıq-terror siyasətini gücləndirmək və pərdələmək məqsədi daşıyır. Ona görə də, ermənilər 1918-ci ildən başlayaraq dünyaya (müsəlman-türk dünyasına qarşı – Q.Y.)  terror yayır, əvəzində xristian dünyasından maliyyə dəstəyi və yardımı alır.


Nəticə göz önündədir: tarix boyunca Avrasiya materikində geosiyasi təbəddülatlardan istifadə etməklə əvvəlcə I Dünya müharibəsinin nəticələrindən yararlanaraq uydurma soyqırımı, saxta  göz yaşlarını qazandılar, sonra çar Rusiyasının süqutundan qondarma dövlət yaratdılar, SSRİ-nin dağıntıları altından isə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini, ona bitişik əraziləri ələ keçirdilər.


Ermənilər birinci dəfə deyildi ki, onlara əl uzadanların əllərini qapırdılar.


S.Uimzin əsas araşdırmasının bir istiqaməti də uydurma soyqırımı iddiasının mifoloji təhlilinə həsr edilib.


Bu barədə növbəti yazımızda.


P.S. Rus tarixçisi Oleq Yuryeviç Kuznetsovun (1971) “XX yüzillikdə transmilli erməni terrorizminin tarixi: tarixi-kriminalistik tədqiqatlar” əsərinin 2-ci nəşri 2015-ci ildə Moskva şəhərində çap edilib.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?