Modern.az

Daha 2 deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

Daha 2 deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

24 Sentyabr 2012, 12:17

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha iki millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Musa Qasımlı 100 AZN, Rasim Musabəyov isə 200 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib. Ümumilikdə isə  avqustun 14-də başlanan kampaniyaya bu günədək 20093 manat vəsait yığılıb.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayevanın irəli sürdüyü təklifə qoşulan millət vəkilləri Novruz Aslan 1000 AZN, Qənirə Paşayeva 2500 AZN, Ayaz Orucov 2100 AZN, Qüdrət Həsənquliyev 394 AZN , Fazil Mustafa 200 AZN, Adil Əliyev isə 1000 AZN məbləğində yardım ediblər. Daha sonra yardım kampaniyasına deputat Əli Məsimli 300 AZN, Mirkazım Mirkazımov, 100 AZN, Elmira Axundova isə 394 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır