Modern.az

Bir tələbənin aylıq xərci nə qədərdir? - Tələbələrin cavabı

Bir tələbənin aylıq xərci nə qədərdir? - Tələbələrin cavabı

24 Sentyabr 2012, 12:28


Tələbəllik həyatı nə qədər maraqlı olsa da, bir o qədər də çətindi. Bu çətinliklərdən ən başlıcası isə madiyyatla bağlıdır. Maraqlıdı, bir tələbənin aylıq xərci nə qədər olur?
Modern.az-ın əməkdaşı bununla bağlı bir neçə tələbənin fikrini öyrənib.

Bakıda kirayədə qalan Hüseyn Eynullayev deyir ki, hər ay ev kirayəsinə 65 manat verir.  Univerisitetə gedib-gəlmək ona aya 12 manata başa gəlir. Digər ehtiyaclarına dəqiq nə qədər xərlədiyini dəqiq bilməyən Hüseynin ayın axırına 140-150 manat xərci çıxır.

Kirayədə qalan Turqut Həmidov isə bəzi ödəyə bilmədikləri ehtiyaclarından şikayətlənib. O deyib ki, istədiyi kitabları ala bilmir. Kursa getməyi çox istədiyini deyən Turqut Həmidov bunun mümkün olmadığını söyləyib. Çünki maddi cəhətdən çatdıra bilmir. 110 manat ev kirayəsi, yemək və komunal xərc üçün də pul ödəyir. Tələbə bildirib ki, 30 manat yolpulu verir, 30 manat da xərclik üçün götürür və hər fəsil 200 manata yaxın geyimə sərf edir.  Turquta görə ən çətin kitab almaq və dil kurslarına getməkdi.

Ailəsi ilə Lökbatanda yaşayan Orxan Həsənquliyev deyir ki, onun pulunun çoxu “Topaz” mərc oyunlarına gedir. Hər gün dərsə gələndə 3 manat xərclədiyini deyən Orxanın elə də ciddi problemi yoxdur. 1 manat yola verir, bir neçə manat da yeməyə sərf edir, geyimi isə 2-3 aydan bir alır.

Sumqayıtda yaşayan, amma Bakıda təhsil alan Bahar Fəttahova deyir ki, o da bir tələbə olaraq maddi problemlər yaşayır. Sumqayıtdan hər gün Bakıya gəlməyin çətin olduğunu deyən Baharın sözlərinə görə, təkcə nəqiliyyata xərclədiyi pulun aylıq miqdarı 40 manatdır. Bundan başqa geyim, oxumağa lazım olan bəzi vəsaitlər və saır üçün çoxlu miqdarda pul xəcləyir. Lakin, bunlara baxmayaraq Bahar univerisitetini və oxumağı çox sevdiyini deyib.
”Mən ən çox rayonlardan gəlib, ailəsindən ayrı olan tələbələrə görə pis oluram, çünki onlarda maddi xərclər daha çox olur”.

Xırdalanda ailəsi ilə yaşayan Ülviyyə Əliyeva aldığı təqaüdün yarıdan çoxunu kreditə verir. Deyir ki, noutbuka çox ehtiyacı varmış, kerdit götürüb və aldığı 70 manatın 56 manatını hər ay kredit ödəyir. Ailəsinin ona dəstək olduğunu deyən Ülviyyənin sözlərinə görə, əks halda ehtiyacalarını ödəyə bilməz.

Yatqxanada qalan Səmra Sədrəddinli xərclərindən danışarkən deyib ki, yataqxanaya pul ödəsə də kirayadəki qədər deyil. Əlavə xərclərin çox olduğunu deyən Səmra bildiirb ki, yalnız təqaüdə ümid olub yaşaya bilməz. Ailəsinin ona dəstək olduğunu deyən tələbənin sözlərinə görə, onun bir aylıq xərci 200 manata yaxın olur. Səmra deyir ki, bəzi ehtiyacları var ki, onları ödəyə bilmir.
“Kompüterimi format elətirmək istəyirəm, amma 18 manatdı və bu, bir tələbə üçün çox yüksək məbləğdir”.

Ərzaq və yemək üçün ehtiyacların evdən ödəndiyini deyən tələbənin sözlərinə görə, şəhərdə yaşamağın xərcləri çoxdu. Hər şey puldu.
“Teatra getmək istəyirik, lakin biletin qiyməti 7 manatdı, düzdü çox deyil, amma tələbə üçün çox yüksək puldu”

Bakıda ailəsi ilə yaşayan Yaqub Rəhimov hər gün 7 manat xərclədiyini deyib. Onun ən çox istədiyi isə, təqaüdün məbləğinin artırılmasıdır.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu