Modern.az

QMİ: “Kvotadan kənar heç kim Həccə gedə bilməz ”

QMİ: “Kvotadan kənar heç kim Həccə gedə bilməz ”

24 Sentyabr 2012, 16:00

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 2012-ci il üçün Həcc ziyarətinə ayırdığı 2 min nəfərlik kvota dolub. Bunu Modern.az-a QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

R.Dadaşova bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən ölkəmizə ayrılan Həcc kvotasında 2 min nəfərlik yer artıq dolub. Kvota dolduğu üçün QMİ sənəd qəbulunu dayandırıb.

”Qafqaz Müsəlmanları İdarəsi artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən ölkəmizə ayrılan kvotadan əlavə zəvvar aparmır. Əvvəllər Mədəniyyət və Turizim Nazirliyinin xətti ilə özəl şirkətlər tərəfindən zəvvarlar Həccə aparılırdı. Amma bir neçə ildi ki, QMİ-i ilə Səudiyyə Ərəbistan Krallığı arasında hər il qabağcadan razılaşma əldə olunur. Razılaşmaya əsasən, kvota müəyyən olunur. Hazırda ölkəmizdə kvotadan kənar heç kim Həccə gedə bilmir ”.

Qeyd edək ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə aparılacaqlar. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat.
3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

Zəvvarlarımız oktyabr ayın 14-dən başlayaraq gündə 2 təyyarə ilə yola düşəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır