Modern.az

Şəhid hərbçilərimizin kimliyi və harada dəfn olunacağı məlum oldu - FOTOLAR

Şəhid hərbçilərimizin kimliyi və harada dəfn olunacağı məlum oldu - FOTOLAR

Ölkə

15 May 2021, 22:22

Bu gün Azərbaycan-İran sərhədində -Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verən silahlı insidentdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Samir Eyvazov və kiçik gizir, Fərid Elçin oğlu Alimov olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, atışmada həlak olan baş leytenant Samir Eyvazov Tovuz rayonundan, 28 yaşlı gizir Fərid Elçin oğlu Alimov isə Quba rayonunun Yeni Güləzi kəndindəndir.

 

Kiçik gizir Fərid Alimov sabah Yeni Güləzi kənd qəbristanlığında dəfn ediləcək.

 

Quba İH başçısının Yeni Güləzi İƏD üzrə nümayəndəsi Səbuhi Cəfərovdan aldığımız məlumata görə, Fərid ailənin böyük övladı idi. Onun özündən kiçik subay qardaşı və evli olan bacısı var. Gizir Fərid Alimov isə evli olub, 3 yaşında bir qızı ondan yadigar qalıb.

 

Həlak olan digər hərbçimiz baş leytenant Samir Eyvazov isə doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.

 

Allah hər iki hərbçimizə rəhmət eləsin.

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı