Modern.az

SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI

SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI

16 May 2021, 15:36

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Energy Ukraine" şirkəti "NANO 95", "Diesel Nano Extra" premium yanacaq növlərinin satışını dayandırıb.

 

Modern.az bu barədə şirkətə istinadən məlumat verir.

 

Qeyd olunur ki, bu qərar Ukrayna Nazirlər Kabinetinin dizel yanacağı və benzinin orta qiymətinə əlavə dəyər həddini tətbiq etməsi ilə əlaqədar verilib. Bu qərarla neft məhsulları bazarında qiymətlərin dövlət tənzimlənməsi tətbiq olunub.

 

"SOCAR Energy Ukraine" həmçinin mayın 15-dən etibarən məhdudiyyətlər nəzərə alınmaqla yanacağın baza növlərinin qiymətlərində dəyişikliklər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi