Modern.az

Kanada mətbuatında Qarabağdan bəhs edildi  

Kanada mətbuatında Qarabağdan bəhs edildi  

Diaspor

16 May 2021, 16:30

Kanadanın //www.thej.ca yəhudi xəbər saytında "İsrail şirkətləri üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində potensial" sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə bildirilib ki, işğaldan azad olunmuş torpaqlarının bərpasında Azərbaycana kömək etmək istiqamətində İsrail üçün unikal imkan yaranıb. Erməni işğalı dönəmində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik rayonların böyük dağıntılara və ekoloji fəlakətə məruz qaldığı, ölkəmizin II Qarabağ müharibəsində qələbəsindən sonra vəziyyətin dəyişməyə başladığı, rəsmi Bakının bu ərazilərdə "ağıllı şəhər və kəndlər" layihəsini reallaşdırmaq istədiyi barədə ətraflı məlumat verilib. 

 

Məqalədə İsrailin xarici İşlər naziri Qabi Aşkenazinin və Bakıdakı yəhudi məktəbinin direktoru ravvin Zamir İsayevin fikirlərinə də yer verilib.

 

Məqaləni daha ətraflı çəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.thej.ca/2021/05/05/potential-for-israeli-companies-in-azerbaijans-nagorno-karabakh-region/

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır