Arxiv
17 May 2021, 15:54 | AKTUAL
“Xarıbülbül” yenidən Şuşada

 

Şuşa işğaldan azad alındıqdan sonra keçirilməsi qərara alınan “Xarıbülbül” musiqi festivalı 12-13 may tarixlərində baş tutdu. Belə ki, 32 ildən sonra Cıdır düzündə Heydər Əliyev Fondu tərərfindən keçirilən musiqi festivalına Şuşa şəhəri ev sahibliyi etdi. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında  təşkil olunmuş möhtəşəm “Xarıbülbül” musiqi festivalı Qarabağın tarixi simasının və Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını özündə ehtiva edir. 

Eyni zamanda, həmin musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir və 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsindəki rəmzi davamı kimi dəyərləndirlməlidır. Musiqi festivalı çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilmiş proqramı xalq mahnıları və klassik musiqidən ibarət idi. 

Festivalın açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar”.

Bu sözlıər həm daxili destruktiv qüvvələrə, həm də ermənilərə və onları dəstəkləyənlərə bir siyasi mesaj idi. Cənab Prezident artıq bir neçə gün öncə Şuşanın mədəniyyət mərkəzi elan etmişdir və sərəncam imzalamışdır. “Xarıbülbül” musiqi festivalının hər il keçirilməsi qərara alınmışdır. Həmçinin  gələn il Şuşanın 270 illik yubileyinin qeyd olunması da nəzərdə tutulmuşdur. Bu həm də son otuz il ərzində Şuşanın milli ruhunu məhv etməyə çalışmış ermənilərə bir cavabdır.

Şuşa şəhəri yenidən bərpa edilir. Erməni vandalları otuz il ərzində tarixi abidələrə, milli xüsusiyyətə malik olan hər şeyə qarşı vəhşilik törətmişlər, dəyişə bildiklərini dəyişmişlər, dəyişə bilmədiklərini ya yandırmışlar, ya da dağıtmışlar. Bütün bunlara baxmayaraq şəhərin əvvəlki şöhrətinin qaytarılması üçün Azərbaycan dövləti nə lazımdırsa edir və Şuşa şəhəri artıq milli dirçəliş və inkişaf dövrünü yaşayır.

Ermənistanın rəsmi dövlət qurumları və erməni diasporası işğal müddəti ərzində Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə salmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmışdır. Bu məqsədlə çoxsaylı mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Lakin həmin pullar havaya sovruldu. 

Belə ki, 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək, Milli ordununun tərkibində çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Bütün etnik azlıqlar Ali Baş Komandanın ətrafında sıx birləşməklə uzun illər ərzində aparılan erməni təbliğat maşınını məhv etdilər. Çünki Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində daha çox diqqətin ayrılması öz bəhrəsini verdi. 

Prezident İlham Əliyevin dediyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Bu Şuşadan dünyaya ünvanlanmış bir siyasi mesaj idi. 

Şuşada keçirilən “Xarıbülbül” festivalı gənc muğam ifaçısı K.Bayramov tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeirinin ifası ilə açıldı. Oxunm həmin şer parçası, hələ uzun illər öncə “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində bizim üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur. Həmin ifanın Şuşada yenidən səsləndirilməsi Azərbaycan ruhunun və  mədəniyyətinin böyük qaydışının dönüm nöqtəsi idi. 

Maraqlısı bu idi ki, milli qayıdışın digər bir simvolik başlanğıcı kimi, otuz ildən sonra Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı idi. Artıq Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır və azad olumuş ərazilərdəki məscidlərdə bayram namazları qılınır.

Musiqi festivalının Ramazan bayramı ərəfəsində təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Belə ki, Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən bir məkan kimi tanınmışdır. Islam dini Azərbaycan xalqının birləşməsində və  milli mədəniyyətinin qorunmasında müstəsna rol oynamışdır və bu gün də oynayır. 

2016-cı ildə Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki, bir gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Prezident öz sözünü tutdu. Artıq Yuxarı Gövhərağa məscidi bərpa edilmiş, Aşağı Gövhərağa və Saatlı məscidlərində bərpa işlərinə başlanmışdır. Eyni zamanda, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla xanım və Arzu xanım Əliyevalarla birlikdə Şuşa şəhərində qeyri-adi layihəsi ilə seçilən yeni məscidin təməlqoyma mərasimi həyata keçirilmişdir.

Prezident İlham Əliyev çıxışında demişdir: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.

  Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.  Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan”!

 

Elnur Əlizadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?