Arxiv
18 May 2021, 15:42 | MEDİA
Rauf Arifoğlu:Biz Heydər Əliyevə qarşı dəhşətli yanlışlıqlar etmişik” - ETİRAF

“Biz Heydər Əliyevə münasibətdə təkcə Rauf Arifoğlu olaraq yox, düşərgə olaraq dəhşətli yanlışlıqlar etmişik. Onun zərbələrinin nəticəsində indi özümüz yaşayırıq”.

Modern.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azxeber.com”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Elçibəy Heydər Əliyevi hakimiyyətə çağırdı ki, bu da həmin müddətdə onun ən doğru addımı idi:

“O qurtuluş günü YAP-çılar üçün, Azərbaycan üçün deyildi, bizim üçün idi. O gəlməsəydi, bizi Sürət Hüseynov asacaqdı. Çünki məlum oldu ki, liderlərimizin hamısı qorxaqdır, hamısı qaçdılar. Mən burada Elçibəyi istisna edirəm. Çünki onun başqa çarəsi olmadı. Vətəndaş müharibəsinin qarşısını almaq üçün başqa yerə getmədi, öz kəndinə getdi. Amma yerdə qalan hər kəs - hərbçisi də, qoşun komandiri də, naziri də, döyüşçüsü də, hər kəs qaçdı. Ortada bir adam qalmadı.
 
Heydər Əliyev dedi ki, biz sizinlə işləyək, çünki kadr yox idi. Haradan gətirsin, necə gətirsin, özü təkbaşına gəlib. Bizim liderlər gizli şəraitdə komanda verdilər ki, hamı istefa versin. Bu, dəhşətli səhv idi. Həmin ekstremal vəziyyətdə Heydər Əliyev komanda yığaraq özünə güc yığdı. Çünki ona bir yandan biz təzyiq edirdik, bir yandan Sürət Hüseynov, bir yandan Moskva, bir yandan İran. O fövqəladə şəraitdə biz onu buraxdıq, Sürət Hüseynovla tək qaldı. Bizim taktika da o idi ki, bir-birilərini məhv edəcəklər və biz yenidən hakimiyyətə qayıdacağıq. Ondan sonra da bir radikal tərz başladı. Bizi xilas edən bir adamı 1998-ci ilədək prezident kimi tanımadıq. Səhv idik. Biz Azərbaycanın bugünkü qələbəsini bəlkə də daha da yaxınlaşdıra bilərdik. Bir cəbhədə ermənilərlə vuruşurdu, bir cəbhədə Sürətlə, bir cəbhədə də bizlə, bizim media ilə vuruşurdu. Amma mən gənc idim, o düşərgənin içərisində idim.
 
Heydər Əliyev hakimiyyətə gələndə mənim 26 yaşım var idi. Lider bildiyim insanların sözünə baxırdım, düşünürdüm ki, yəqin onlar deyən doğrudur. İndi baxıram ki, hamısı fəlakət imiş. Heç biz hakimiyyəti tam verməyə də bilərdik. Hamısı vəzifəsini dondurdu, özləri də Leninqrada, meşəliyə qaçdılar. Niyə gizlənirsən, adamı dəvət etmisiniz, qalın işləyin. Rauf Arifoğlunu da, başqalarını da qabağa verməzdiniz. Ömrümüzü çürütməzdiniz. Azərbaycanı çürütməzdiniz. O zaman ekstremal vəziyyətdə yığılan komandanı İlham Əliyev hələ də təmizləyə bilmir. Biz qalsa idik, bizim kadrlar hərəkət uşaqları idi, təmiz kadrlar idi. Onların hamısına bir komanda verib Heydər Əliyevə qarşı düşmən elan etdilər. Bəs düşmən idisə, niyə gətirdiniz, özünüz dəvət etmişdiniz... Gətirdinizsə, niyə düşmən dediniz? Bax kök oradandır, mən özbaşına radikal olmadım. Mən bir düşərgəni təmsil edirdim. 20 ildən çox rupor olmuşam. Onların tarixi səhvi idi, Azərbaycanı bir bataqlıqa saldılar, indi İlham Əliyev zorla təmizləyir. Elə indi də eyni prosesi aparırlar. Sadəcə biz yaşlandıq, ağıllandıq, uzaqlaşdıq”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?