Modern.az

General Lənkəran Əliyev: “Məni evimdən heç kim çıxara bilməz”

General Lənkəran Əliyev: “Məni evimdən heç kim çıxara bilməz”

Aktual

25 Sentyabr 2012, 18:19

Ölkə mətbuatı Müdafiə Nazirliyi ilə münaqişdə olan general-mayor Lənkəran Əliyevlə bağlı yeni məlumat yayıb. Qeyd edilir ki, müdafiə naziri ilə uzun sürən mübahisələrdən sonra bu gün Lənkəran Əliyevi evindən çıxarıblar.
“Qafqazinfo”nun xəbərinə görə, general-mayor Lənkəran Əliyev “Qızıl şərq” hərbi şəhərciyi, 334 saylı bina ünvanında yerləşən, üç otaqdan ibarət olmaqla, yaşayış sahəsi 58 kv m. olan 41 nömrəli xidməti mənzillindən çıxarılıb.

Modern.az saytı məsələ ilə əlaqədar Lənkəran Əliyevin özü ilə əlaqə saxlayıb. General əməkdaşımıza bildirb ki, onun evindən çıxarılması barədə xəbər həqiqətə uyğun deyil.

“Mən hazırda evimdəyəm, heç yerə də çıxmamışam. Görünür bu xəbər təxribatçılar tərəfindən mediaya ötürülüb”.

General-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyi Təhsil, Tədris və Elmi Tədqiqatlar İdarəsində (keçmiş Hərbi Elm Mərkəzi) işləyir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür