Modern.az

Adı Polad qoyulan 99 körpədən birinin ANASI: “Hərə bir şəhid adını övladına verərsə...”

Adı Polad qoyulan 99 körpədən birinin ANASI: “Hərə bir şəhid adını övladına verərsə...”

19 May 2021, 08:40

Bu ilin ilk 4 ayında yeni doğulan uşaqlardan 99 körpəyə Polad, 18 körpəyə isə Xudayar adı verilib. Bu, şəhidlərə olan ehtiramdan irəli gəlib...

 

Modern.az-ın əməkdaşı Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adını daşıyan 99 körpədən birinin valideyinləri ilə əlaqə saxlayıb.

 

Balaca Poladın anası - Tağıyeva Fəridə körpəsinin adına görə duyduğu qürur hissindən danışıb. Fəridə xanım gələcəkdə övladı adını daşıdığı Polad Həşimov kimi hərbi sahəni seçərsə, ailəsinin ona dəstək olacağını və qürur duyacağını söyləyib.

 

Qeyd edək ki, Tağıyevlər ailəsi əslən Tovuzdandırlar və hazırda Bakıda yaşayırlar. Poladın valideynləri Tağıyev Pərvin və Tağıyeva Fəridə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecini bitiriblər. Fəridə xanım evdar qadındır, Pərvin bəy isə  satıcı kimi fəaliyyət göstərir. Polad adını uşağa atası verib.

 

Fəridə Tağıyeva əməkdaşımızla söhbətində onu da qeyd edib ki, bütün valideynlərə yeni doğulan körpələrinə şəhidlərimizin adını verməyi məsləhət görür:

 

“Çünki hərə bir şəhidimizin adını övladına verərsə, onların da ruhu şad olar və vətən uğrunda canından keçənlərin adı ayrı-ayrı ailələrin simasında yaşadılar. Xudayar, Polad, Mübariz, Fərid və digər şəhidlərimizin adı daim yaşamalıdır, yaşatmalıyıq. Təki bizim oğlumuz da Vətənin bu mərd övladları kimi cəsarətli, Vətənə sədaqətli, yenilməz gənc olsun. Hər birimiz şəhidlərimizlə qürur duyuruq və üzərimizə düşən qədərilə onların adını yaşatmağa borcluyuq”.


Humay

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü