Modern.az

Ekspertdən təxribatçı AÇIQLAMA: “Rus əsgəri Ermənistan və Qarabağ uğrunda ölməyə hazırdı”

Ekspertdən təxribatçı AÇIQLAMA: “Rus əsgəri Ermənistan və Qarabağ uğrunda ölməyə hazırdı”

26 May 2021, 14:32

Avrasiya İqtisadi Birliyinin İnkişaf Problemlərinin Öyrənilməsi İnstitutunun direkotru, politoloq Vladimir Lepexin qalmaqallı çıxış edib.


Modern.az
 xarici KİV-ə istinadən xəbər verir ki, Yerevanda “Erməni cəmiyyətində Rusiyanın strtateji müttəfiq obrazı” forumunda çıxış edən ekspert rus əsgərinin Ermənistan və Qarabağ uğrunda ölməyə hazır olduğunu dilə gətirib.

 

“Rusiya əhalisinin 80%-dən çoxu Ermənistanı Belarusla yanaşı, ən yaxın müttəfiq hesab edir. Ən əsası isə rusiyalı hərbçilər Ermənistanın sərhədlərini qoruyur. Onlar Ermənistan və Qarabağ uğrunda döyüşmək, hətta ölməyə belə hazırdır. Bu gün Rusiya və Ermənisan arasında yeni hərbi ittifaq formalaşır. Bu ittifaqın iqtisadsiyyat və s. sahələrdə də fortmalaşması önəmlidir”.

 

Rusiya Dövlət Dumasının eks-deputatı Vladimir Lepexin Kremlə yaxınlığı ilə tanınır.  

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir