Arxiv
27 May 2021, 20:32 | AKTUAL
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır - Deputat

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasından keçən 30 ilə yaxın bir zaman kəsiyində ilk dəfədir ki, İstiqlalımızın rəmzi olan 28 May Respublika Gününü ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş bir ölkənin vətəndaşları olaraq qeyd edirik və bu olduqca qürurvericidir.

 

Bu sözləri Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib. 

 

O qeyd edib ki, Azərbaycan İstiqlalının 103-cü ildönümündə öz hədəflərinə doğru qətiyyətlə irəliləyir:

 

“Biz yaxın 200 illik  tariximizdəki məğlubiyyət sindromundan xilas olmuşuq. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır. Çünki Azərbaycan nəinki 103, hətta 30 il öncə çoxlarının xəyalına belə gətirə bilməyəcəyi qüdrətli bir dövlətə çevrilib, regional və qlobal proseslərin fəal iştirakısı, nüfuz və söz sahibidir”.

 

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü böyük qürur hissi ilə qeyd etməyimizin əsas səbəbkarları müasir Azərbaycan Respublikasının möhkəm təməllər üzərində qurulmasına nail olan, çağdaş dövlət quruculuğumuzun memarı Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir: “1993-cü ilin iyunundan bugünə qədər olan müddət ərazində keçilən yola nəzər salsaq, nə qədər nəhəng, çoxşəxəli bir siyasətin həyata keçirildiyini müəyyənləşdirə bilərik. Cümhuriyyətimizin yadigarı olan üçrəngli bayrağımızın mədəniyyətimizin paytaxtı Şuşada, işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalandığını görməkdən böyük xoşbəxtlik yoxdur və ola da bilməz”. 

 

Azər Kərimlinin sözlərinə görə, Respublika Günü münasibətilə Prezident İlham Əliyevə dünyanın aparıcı dövlətlərinin liderləri və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlərinin ünvanladıqları təbrik məktublarında yer alan ifadələrdən Azərbaycanın regional və qlobal proseslərdə nə qədər mühüm bir faktora çevrildiyini görmək mümkündür:

 

“Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri, Azərbaycanın qlobal humanitar problemlərin müzakirə edildiyi platformaya çevrilməsi, Prezident İlham Əliyevin regionda və dünyada cərəyan edən proseslərə münasibətdə sərgilədiyi ədalətli və qətiyyətli mövqe dövlətimizin əldə etdiyi uğurların bariz nümunəsidir. Bir zamanlar müstəqil dövlət arzusu ilə alışıb yanan böyük şairimiz Məhəmməd Hadi “İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində...”, - içində yazırdı.

 

Bu gün Azərbaycanın lideri “Bizim sözümüz imzamız qədər keçərlidir” deyir və nəinki imzamızı, hətta sözümüzü də müstəqil siyasətimizin rəmzinə çevirməyi bacarır. Azərbaycan İstiqlalının 103-cü ilində dünyada öz sözü və öz imzası ilə özündən dəfələrlə böyük dövlətlərlə eyni sırada dayanır və gələcəyə doğru qətiyyətlə irəliləyir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55 Noyabrda 10 gün iş olmayacaq 15 Oktyabr 2021, 17:50