Arxiv
29 Sentyabr 2012, 12:02 | MÜSAHİBƏ
Məsud Yılmaz: “Azərbaycan müxalifətində keçmişdən qalan dostlarım var” - MÜSAHİBƏ

“Müstəqil dövlət olmaq üçün Azərbaycanın hələ gedəcək uzun yolu var”

Türkiyənin eks-baş naziri Məsud Yılmazın adı ölkəmizin müstəqillik tarixində özünə yer tutub. Məhz Məsud Yılmazın Baş nazir olduğu hökümət 1991-ci ilin noybarın 9-da ilk olaraq Azərbyacanın müstəqilliyini tanıyıb. Bununla da qardaş ölkə SSRİ-nin hələ formal olaraq mövcud olduğu bir zamanda ölkəmizin istiqlalını dəstəkləyən ilk dövlət olub. Eks-baş nazirin Bakıda səfəri zamanı onunla görüşüb müashibə aldıq.

Modern.az Türkiyənin keçmiş baş naziri Məsud Yılmazla müsahibəni oxuculara təqdim edir.

- Məsud bəy, uzun illərdən sonra sizi Bakıda görməyə şadıq. Sonuncu dəfə 1998-ci ildə Bakıda olmusunuz.  90-cı illərdə sizin hökümət Azərbaycan müstəqilliyini ilk olaraq tanıdı. Sizcə, keçən bu 20 il ərzində Azərbaycan müstəqil ölkə olaraq özünü təsdiq edə bildimi?

- Bir ölkənin müstəqil olması, sadəcə özünü müstəqil elan etməsi ilə məsələ həll olunmur. Dövlət özünün maddi sərvətlərinin bu müstəqil siyasətinin möhkəmləndirməsi üçün sərf etməlidir. İlk olaraq əvvəlcə milli sərvətlərindən düzgün istifadə etməlidir. Təhsilə sərmayə ayırıb, xalqın səviyyəsini inkişaf etdirməlidir. Doğru siyasət təyin edib, o siyasətə uyğun insanlar yetişdirməlidir. Fikrimcə, Azərbaycan bu müddətdən doğru istifadə etdi, amma hələ gedəcək uzun yolu var.

- Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Türkiyə əməkdaşlığı indiyə qədər dünyada tayı bərabəri olmayan əməkdaşlıqdır. Keçmişdə bunu rəhmətlik Heydər Əliyevlə Süleyman Dəmirəl “bir millət, iki dövlət” olaraq ifadə etmişdilər. Həqiqətən millətlərimiz arasındakı qarşılıqlı sevgi, həmrəylik iki ölkənin siyasətində ən önəmli ünsürdür. İstər Türkiyədə, istərsə də Azərbaycanda hazırda hakimiyyətdə olan hökumətin millətlər arasındakı qarşılıqlı sevgini gözardı etməsi, buna əks siyasət yürütməsi mümkün deyil. O zaman xalq onlardan üz döndərəcək. Dolayısı ilə bu əlaqələrin gələcəkdə də belə davam etməsinin ən önəmli təminatı iki ölkənin millətləri arasındakı sevgidir.

- Siyasi müşahidəçilər iki ölkə arasında olan münasibətləri təhlil edərkən deyirlər ki, indi iki ölkə arasında romantika dövrünü praqmatik maraqlar dövrü əvəz edib. Bu rəylərlə bağlı mövqeyiniz necədir?

- Bugünki AKP hökumətinin əvvəlcə fərqli xarici siyasət anlayışı var idi. Xüsusən Türkiyənin hazırki xarici işlər naziri hakimiyyətə gələndən sonra qonşu dövlətlərlə “sıfır problem” - heç bir problem yaşamamaq hədəfi açıqlandı. Biz bunun reallığa uyğun bir hədəf olmadığını dedik. Biz “bəlkə Türkiyə sözdə bunu edə bilər, amma praktikada bunun mümkün ola bilməyəcəyini” söylədik. Aradan 4-5 il keçdi, indi onlar qeyd etdiyimiz nöqtəyə gəldilər. Azərbaycan və Suriya ilə heç bir problem yaşamadan əlaqə qurmağın mümkün olmadığını gördülər. Çünki bu ölkələr Ankaranın məntiqsiz xarici siyasət yürütdüyünün şahidi oldular. Bu gün Türkiyə hardasa Suriya ilə müharibəyə başlamaq vəziyyətindədir. İraqla olan əlaqələri getdikcə gərginləşir, Ermənistanla əlaqələri məlum olduğu kimi olduqca soyuqdur. İranla da zaman-zaman böhran yaşanır. Təəssüf ki, Azərbaycanla da əlaqələrimiz Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarda olduğu zaman Türkiyə-Ermənistan münasibətlərinin kölgəsində qaldı. Yəni Ermənistanla əlaqələri yaxşılaşdırmaq istiqamətində atılan addımlar haqlı olaraq Azərbaycanda böyük etirazla qarşılandı. Bildiyiniz kimi, Türkiyə dövləti də bunun qarşısını almaq üçün Baş nazir Ərdoğan Azərbaycana gəldi. Bakıda Ərdoğan Qarabağ problemi həll edilmədən, Türkiyənin heç bir addım atmayacağı mövzusunda təminat verdi. Beləcə atılan səhv addım düzəldildi. Türkiyənin Ermənistanla olan əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycanla olan mükəmməl münasibətləri riskə atması mümkün deyil. Bu addım xalqın fikirinə uyğun deyil. Türkiyə-Azərbaycan münasibətləri təkcə emosional əlaqələr deyil, eyni zamanda iqtisadi təməli olan münasibətlərdir. Bakı-Ceyhan proyekti, planlaşdırılan TANAP layihəsi, Şərq-Qərb xəttindəki ən önəmli dəhliz, Türkiyədən Gürcüstan üzərindən Azərbaycana gedən dəmiryol xətti buna önəmli misaldır. Beləliklə, belə imkanlar varkən, xəyala dalıb başqa ölkələrlə həll edilə bilməyən problemləri həll etmək müqabilində bu əlaqələri təhlükəyə atmaq səhv xarici siyasət olardı. Hazırki hakimiyyət də bu səhv addımdan döndü.

- Dağlıq Qarabağ problemi uzun illərdir həll edilə bilmir. Minsk Qrupunun səyləri və təklifləri nəticəsiz qalır. Siz bu münaqişənin həlli yollarını necə görürsünüz?

- Dağlıq Qarabağ probleminin diplomatik yolla həll edilməsinin müsbət nəticə verəcəyinə ümid bəsləmək olmaz. Bu prosesdə heç bir irəliləyiş yoxdur. Minsk qrupunda problem danışılır, amma məsələyə aid olan digər ölkələr bu mövzuda səmimiyyət göstərmirlər. Əgər beynəlxalq hüquq Azərbaycanı müdafiə edirsə, bütün ölkələr də Azərbaycanı müdafiə etmək üçün öz səylərini göstərməlidirlər. Hər kəs Azərbaycanın haqlı olduğunu deyir, amma heç kim bu mövzuda hərəkət etmir. Hətta əl altından Ermənistanla əlaqələri yaxşılaşdırıb, ona kömək edənlər var. Ancaq bu məsələnin həll yolu deyil, bu belə davam edə bilməz. Çünki bir tərəfdə kiçilən Ermənistan, digər tərəfdə inkişaf edən Azərbaycan var. Əgər Ermənistan Azərbaycanın inkişafını görüb, özü bu məsələni həll etməzsə, o zaman bu mövzu ətrafında olan böyük dövlətlər onu buna məcbur etməlidirlər. O da mümkün olmazsa, təbiət öz qanunlarını tətbiq edər.

- Ermənistan-Türkiyə sərhədlərinin açılması zaman-zaman türk gündəmində qızğın müzakirələr açır. Doğurdanmı sərhədlərin açılması Türkiyə üçün böyük dvident gətirəcək?

- Sərhədlərin açılması ilə bağlı niyyət var idi. Amma Azərbaycanın reaksiyası nəticəsində bu məsələ yenidən təxirə salındı. Ona görə qeyd edirəm ki, bu qapı açılmadan, Ermənistan dünyaya çıxış əldə edə bilməz. Bu baxımdan Ermənistanın Qarabağın işğalını sonsuza qədər davam etdirməsini mümkünsüz görürəm.

- Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının yürütdüyü siyasəti necə qiymətləndirirsiniz?

- Əvvəldə qeyd etdiyim kimi, fikrimcə, xarici siyasətdə əvvəlcə yalnış addımlar atdılar. Onların real olmadığını gördülər və ortaq məxrəcə gəldilər.

- Azərbaycan siyasi elitası sizi yaxşı tanıyır. Baş nazir olduğunuz dönəmdə Azərbaycanın müstəqilliyi ilə bağlı aparılan danışıqlar zamanı hazırda müxalifətdə olan siyasi partiya rəhbərləri ilə sızin sıx görüşləriniz olub. İndi həmin siyasətçilər və siyasi partiya ilə əlaqələriniz varmı?

- Keçmişdən qalma dostlarım var. Onlarla zaman-zaman görüşürəm. Siyasətdən kənar dostlarım da var. Bunların sırasında mətbuatın tanıdığı və tanımadığı insanlar da yer alır. Bundan başqa,  özəl dostlarım da var. Dolayısı ilə Azərbaycanla əlaqələrim hər zaman davam edir. Amma ad çəkmək istəmirəm.


Anar KƏLBİYEV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda toy sahibi həbs edildi 4 Dekabr 2020, 18:57 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızıl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?