Modern.az

Nazirdən əsəbi açıqlama: “Sevinc Babayevanı tanımağa borclu deyiləm”

Nazirdən əsəbi açıqlama: “Sevinc Babayevanı tanımağa borclu deyiləm”

Aktual

29 Sentyabr 2012, 14:01

Məlum videoqalmaqalda adı hallanan kitabxana direktoru barədə sual Əbülfəs Qarayevi əsəbləşdirdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deputat Gülər Əhmədova ilə eks-rektor Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayevanın məsələsinə münasibət bildirib.

Modern.az-a eksklüziv açıqlamasında nazir kitabxana direktorunun ətrafında baş verən proselərlə maraqlanmadığını və bu barədə geniş məluma malik olmadığını deyib.

“Mən adını çəkdiyiniz qadını tanımıram. Nazirlik strukturunda işləyənlərin hamısını tanımağa borclu deyiləm ki..”-deyə Ə.Qarayev əsəbi şəkildə vurğulayıb. Nazir məlum videoqalmaqal barədə danışmaq istəməyib.

Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsi ilə M.Ə.Sabir adına kitabxananın direktoru təyin olunub. O, deputat Gülər Əhmədovanın rüşvət qalmaqalında vasitəçi kimi çıxış edib. Babayevanı dünəndən vəzifədən çıxarıblar...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı