19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
2 İyun 2021, 09:32 | PARLAMENT
Sahibə Qafarova Özbəkistan parlamentinin spikeri ilə görüşüb - FOTOLAR

İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın)  İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Spiker Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərmişdir. 

 

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər barədə danışan Milli Məclisin Sədri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə reallaşdırdığını bildirib. O, qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. İndi isə bu ərazilərdə bərpa və quruculuq dövrü başlayıb. Reallıqlarla barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır.

 

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon  İsmoilov Milli Məclisin Spikeri ilə görüşdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirir və xatirəsini əziz tuturlar.

 

Söhbətdə bildirilib ki, Özbəkistan ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan yaxşı xəbərdardır və Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izləyir.

 

Nurdinjon  İsmoilov siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir. 

 

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Fransa sol qulağını sağ ayağı ilə qaşıyır”  19 Oktyabr 2021, 16:23 Yaponiyadakı Azərbaycan diasporundan bəyanat 19 Oktyabr 2021, 16:15 Britaniya Parlamentindən Azərbaycana TƏBRİK 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazirdən əmək pensiyaların yenidən hesablanması ilə bağlı QƏRAR 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu”dan yeni layihə - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39