Modern.az

Baş katibdən təklif: Xəzəryanı Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatı YARADILSIN

Baş katibdən təklif: Xəzəryanı Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatı YARADILSIN

İqtisadiyyat

2 İyun 2021, 12:52

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev Mediatuk.TV-nin efirindən maraqlı təklif səsləndirib.

 

Modern.az xəbər verir ki, baş katib Xəzəryanı Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının vacibiyini vurğulayıb:

 

“Bu quruma yalnız Xəzər sahilində yerləşən Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan deyil, Türkiyə, Çin, Gürcüstan və digər ölkələr də üzv qəbul edilə bilər. Bilirik ki, bu gün yalnız bizim yaşadığımız regionun deyil, bütün dünyanın inkişafında Xəzəryanı dövlətlər mühüm rol oynayır. Ona görə də bu dövlətlərin bir iqtisadi qurumda birləşməsi çox müsbət hal olardı. Hesab edirəm ki, bu qurumun mərkəzi Bakıda yerləşə bilər. Bununla Bakının dünyadakı yeri və rolu daha da güclənər”.

 

Baş katib təklifinin adını çəkdiyi ölkələr tərəfindən müsbət qarşılanacağına inandığını da vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır