Modern.az

Sahibə Qafarova: “Qadın parlamentarların sessiyasına sədrlik etməkdən məmnuniyyət duydum”

Sahibə Qafarova: “Qadın parlamentarların sessiyasına sədrlik etməkdən məmnuniyyət duydum”

3 İyun 2021, 09:06

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinin 1-2 iyun tarixində Pakistana səfəri ilə bağlı status paylaşıb.

- Azərbaycan nümayəndə heyətinin 1-2 iyun tarixində Pakistana səfəri İslam Respublikasında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirakı uğurla tamamlanmışdır. Konfrans çərçivəsində Assambleyanın İcraiyyə Şurasında və Ümumi Konfransında iştirak etdik, regional inteqrasiyanın daha da irəli aparılması üçün parlamentlər olaraq üzərimizə düşən missiyaları daha effektiv həyata keçirməyin yollarını müzakirə etdik. Bundan əlavə, konfrans çərçivəsində keçirilən və üzv ölkələrdən qadın parlamentarları bir araya gətirən sessiyaya sədrlik etməkdən böyük məmnuniyyət duydum. Eyni zamanda, konfrans çərçivəsində Özbəkistan, Türkiyə və Əfqanıstandan olan həmkarlarımızla ikitərəfli görüşlər keçirmək, ölkələrimiz arasında mövcud əlaqələri, xüsusilə də parlamentlərarası əlaqələri müzakirə etmək imkanımız oldu. Həmçinin qardaş Pakistan televiziyasına müsahibə verdik. Konfransın yekunu olaraq İslamabad Bəyannaməsinin imzalanmasını məqsədlərə çatmaq istiqamətində mühüm nəticə hesab etmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır