Tesla və SpaceX şirkətlərinin yaradıcısı, iş adamı İlon Mask 1 gündə 6 milyard dollar itirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu Tesla şirkətinin səhmlərinin 5% dəyərində ucuzlaşmasından sonra baş verib. Ucuzlaşma Çində Tesla elektromobillərinin sifarişinin 2 dəfədən çox azalmasına görə baş verib.
İlon Maskın sərvəti 6,6 milyard dollar azalaraq 145,7 milyard dollara düşüb.