Arxiv
10 İyun 2021, 12:12 | İQTİSADİYYAT
Azərbaycanın əsas ticarət tərəfdaşları - STATİSTİKA

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 96 ölkəyə məhsul ixrac, 152 ölkədən idxal olunub.


Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9532,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 6003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.


2021-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,0 faiz, real ifadədə 10,7 faiz artaraq 697,0 milyon dollar olub.


Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.


Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,0 faiz), Rusiyaya (27,0 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (7,7 faiz), ABŞ-a (3,3 faiz), Çinə (2,2 faiz), Türkmənistana (1,8 faiz), Ukraynaya (1,6 faiz), Belçikaya (1,3 faiz), Qazaxıstana (1,2 faiz), Almaniyaya (1,1 faiz), İrana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.


Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.


2021-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 50,2 faiz, şəkər – 2,4 dəfə, bitki yağları – 35,3 faiz, meyvə və tərəvəz şirələri – 28,2 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,1 dəfə, pambıq ipliyi – 47,1 faiz, bentonit gili – 4,2 faiz artmış, təzə tərəvəz ixracı isə 35,1 faiz, çay – 21,1 faiz, kartof – 34,2 faiz, tütün – 59,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,5 faiz, polietilen – 0,5 faiz, emal olunmamış alüminium – 15,3 faiz, qara metallardan borular – 1,3 faiz azalmışdır.


2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında buğda idxalı 30,6 faiz, xam şəkər və şəkər – 2,2 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 4,6 faiz, kartof – 3,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, siqaretlər – 1,9 faiz, minik avtomobilləri – 37,0 faiz, dərman vasitələri – 9,3 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, rezin şinlər – 50,3 faiz, yük avtomobilləri – 1,7 dəfə, mebellər – 8,4 faiz, paltaryuyan maşınlar – 30,0 faiz, məişət kondisionerləri – 2,2 dəfə, məişət soyuducuları – 51,0 faiz artmış, bitki yağları idxalı isə 11,5 faiz, təzə meyvə – 0,9 faiz, çay – 2,7 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, mal əti – 33,6 faiz, qara metallardan borular – 37,3 faiz, polad prokatı – 56,2 faiz, mineral gübrələr – 28,8 faiz, qara metallardan çubuqlar – 64,1 faiz, polietilen – 45,5 faiz, qara metallardan künclüklər – 27,6 faiz, avtobuslar – 36,2 faiz, sement və sement klinkerləri – 47,5 faiz azalmışdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?