Arxiv
12 İyun 2021, 17:54 | AKTUAL
İran Azərbaycandan elektrik enerjisi idxalına başlaydı

İran elektrik təchizatı məhdudiyyətlərini azaltmaq üçün Azərbaycandan elektrik enerjisi idxalına başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Energetika Nazirliyinin Elektrik enerjisi məsələləri üzrə Mətbuat katibi Mostafa Rəcəbi Məşhədi deyib.

 

O bildirib ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsinə sinxronlaşdırılması ilə bu ölkədən elektrik enerjisi idxalına başlanılıb: “Hazırda bu ötürücü xəttdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xəttdən idxal olunan elektrik enerjisinin həcmi, ən yüksək istehlak saatlarında 130 meqavata qədər artırıla bilər”.

 

Qeyd edək ki, bu ayın əvvəlində İranın daxili enerji ehtiyacını ödəmək üçün Türkmənistandan 140 meqavat elektrik enerjisi idxal edəcəyi açıqlanmışdı.

 

Nazirliyin ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün göstərdiyi səyləri vurğulayan Rəcəbi Məşhədi: “Xorasan bölgəsinin (İranın şimal-şərqinin) bir hissəsinin enerji ehtiyacını təmin edəcək olan 140 meqavat elektrik enerjisinin ilk mərhələdə Türkmənistandan idxal ediləcək”.

 

"Tehran Electricity Distribution" şirkətinin idarəedici direktorunun sözlərinə görə, hər il ölkənin elektrik enerjisi istehsalının həcmi 3 min meqavat artırılsa da, yağışların və su anbarlarında suyun səviyyəsinin azalması, əlavə edilən istehsal gücünü əvəzləşdirərək elektrik enerjisi istehsalını azaldıb.

 

Son 10 ildə İranda davamlı istiliyin artması və yağışların əhəmiyyətli dərəcədə azalması ölkəni pik istehlak dövrlərində elektrik enerjisi təchizatı məsələsində çətin vəziyyətə salıb.

 

Bu baxımdan, Energetika Nazirliyi son illərdə istehlakı idarə etmək və elektrik şəbəkəsindəki itkiləri azaltmaq üçün yeni strategiyaları izləyir.

 

Ötən ilin sonlarında energetika naziri Rza Ardakanian, nazirliyin aşağı istehlaklı ev təsərrüfatları və elektrik enerjisinin sənaye sektorunun istehlakçıları üçün yeni təşviq paketləri nəzərdən keçirildiytini açıqlamışdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq 27 İyul 2021, 13:45 Gömrükdə dollar əməliyyatı - FOTOLAR  27 İyul 2021, 13:40 Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu 27 İyul 2021, 13:35 Prezident Pakistan parlamentinin sədrini qəbul etdi 27 İyul 2021, 13:30 MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə! 27 İyul 2021, 13:26 Amerikalı qubernator İlham Əliyevin qəbulunda - FOTOLAR 27 İyul 2021, 13:22 Sabahın hava PROQNOZU 27 İyul 2021, 13:16 Rövşən Rzayev israilli iş adamları ilə görüşüb 27 İyul 2021, 13:10 Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42