Arxiv
12 İyun 2021, 19:02 | AKTUAL
Uels - İsveçrə matçı heç-heçə başa çatdı

İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə matçı heç-heçə başa çatıb.

 

Modern.az xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda komandalar hərəyə bir dəfə fərqləniblər.

 

Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

 

Görüşdə nisbətən üstün oyun nümayiş etdirən İsveçrə millisi ikinci hissənin əvvəlində hesabı açıb. Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

 

Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan Uels komandası 74-cü dəqiqədə istəyinə çatıb. Künc ötürməsindən sonra topa başla zərbə vuran Kieffer Mur hesabda tarazlığı bərpa edib.

 

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol videonəzarət (VAR) sistemində baxıldıqdan sonra qeydə alınmayıb.

 

Qalan dəqiqələrdə də İsveçrə komandası hesabı dəyişmək üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.

 

Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.

 

Uels yığması ikinci dəfədir Avropa çempionatının final mərhələsində iştirak edir. Komanda qitə çempionatlarında 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.

 

Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırmalı olub.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Pakistan parlamentinin sədrini qəbul etdi 27 İyul 2021, 13:30 Amerikalı qubernator İlham Əliyevin qəbulunda - FOTOLAR 27 İyul 2021, 13:22 Sabahın hava PROQNOZU 27 İyul 2021, 13:16 Rövşən Rzayev israilli iş adamları ilə görüşüb 27 İyul 2021, 13:10 Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26