Modern.az

Ən yüksək nəticə göstərən şagirdlərin sayı 5-ə çatdı - FOTOLAR - YENİLƏNİB

Ən yüksək nəticə göstərən şagirdlərin sayı 5-ə çatdı - FOTOLAR - YENİLƏNİB

13 İyun 2021, 21:36

Buraxılış imtahanlarında ən yüksək nəticəni paytaxt şagirdləri göstərib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin şagirdləri (IX sinif) üçün keçirilmiş buraxılış imtahanlarında iki şagird ən yüksək - 300 bal toplayıb.

 

Onlar Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Tagıyeva Zöhrə Müşfiq qızı və 47 nömrəli tam orta məktəbin şagirdi Sadıxova Həcər İbrahim qızıdır.

 

Texniki-humanitar liseyin şagirdləri Aysel Sadıqova və Aysel Səfərzadə də 300 bal toplayaraq, buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.

 

251 nömrəli tam orta məktəbin şagirdi Validə Ağazadə də 300 bal toplayaraq maksimum nəticə əldə edib.

 

Şagirdləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır