Modern.az

Yevlax sakini itkin düşüb

Yevlax sakini itkin düşüb

Aktual

14 İyun 2021, 10:42

Yevlax sakini itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

R.Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.

 

R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

 

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", Mətbuat xidmətindən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü