Modern.az

“Ağdam istehkama çevrilsin” – TƏKLİF                          

“Ağdam istehkama çevrilsin” – TƏKLİF                          

Aktual

14 İyun 2021, 14:54

İyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

Modern.az xəbər verir ki, politoloqun sözlərinə görə, Paşinyana müxalif olan qüvvələr baş naziri xəritələri verdiyi üçün qınayır. Ermənistanda bəzi dairələr dinc sakinlərin mina partlayışları Zamani ölməsiin, azad olunmuş. ərazilərdə məskunlaşmanın maksimum gecikməsini arzulayır:

“Nikol Paşinyana müxalif olanlar geri qayıdan 15 ermənidən çox “minalanmış xəritələri Azərbaycana təhvil vermək olmazdı” deməyə başlayıblar. Yəni bu qatillərin fikrincə, həmin minalarda mülki vətəndaşlar bundan sonra da həlak olmalıydılar. Onların məntiqinə görə, azərbaycanlılar həmin minalarda partlayaraq ölməli və bununla azərbaycanlıların Qarabağa köçü gecikməli idi. Erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, bəs Azərbaycan minaların təmizlənməsinə vaxt və xeyli maliyyə xərcləyəcəkdi”.

 

Politoloq qeyd edib ki, Ağdam yenidən istehkama çevirməli, dinc sakinlər qısa zamanda bölgəyə köçürülməlidir.

“Erməni müxaliflərdən biri isə açıq deyib ki, Ağdam minalardan təmizlənəndən sonra Qarabağ erməniləri üçün başlıca təhlükəyə çevriləcək. Bunda haqlıdırlar. Erməni separatizminin başladığı 1980-ci illərin sonunda Ağdam onların qorxulu röyası idi. Ağdam satqınlıq nəticəsində işğal olunmasaydı, erməni separatizminin sonunu daha əvvəl gətirəcəkdi. Ağdamı yenidən istehkama çevirməliyik. Ağdama 100 min insanımızı köçürməklə yanaşı hərbi kazarmaların sayı da çox olmalıdır. Ağdamla yanaşı Qarabağın hər yerini, o cümlədən strateji Şuşa, Kəlbəcər və Laçını istehkama çevirməliyik ki, vətəndaşlarımızın bu bölgələrdə rahat və təhlükəsiz həyatları təmin olunsun”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır