Modern.az

Braziliyada Azərbaycanın şəhid jurnalistləri anılıb

Braziliyada Azərbaycanın şəhid jurnalistləri anılıb

14 İyun 2021, 16:40

 

İyunun 12-də Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında on gün öncə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar Azərbaycan Səfirliyinin təşkil etdiyi mətbuat konfransına həsr edilmiş süjetlər yayımlanıb.

Modern.az xəbər verir ki, Proqram çərçivəsində səfir Elxan Poluxov dünya və Braziliya ictimaiyyətinə müraciət edərək, mülki insanların Azərbaycanın azad olunmuş ərazilərində erməni minalarının partlaması nəticəsində həlak olmalarını kədərlə vurğulayıb və buna qəti etiraz əlaməti kimi çağırış edib.

Jurnalist Fabiana Ceyhan səfirlik tərəfindən təşkil olunan press-konfransın mahiyyəti haqqında danışaraq, azərbaycanlı həmkarlarının ailələrinə başsağlığı verib və dünyada bütün jurnalistlərə peşə fəaliyyətlərinin yerinə yetirilməsidnə şəraitin yaradılmasını tələb edib.

Sonra Braziliyanın tanımış jurnalisti Mali Silva və otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Belarus Respublikasının Braziliyadakı Fəxri konsulu c-b Milton Atanazio baş vermiş faciə ilə bağlı fikirlərini bildirib, həmkarlarının müdafiəsinə qaldırılan səslərə qoşulub, jurnalistlərin öldürülməsini faciə kimi qiymətləndirərək, regionda sülhün bərqərar olunması və insanların sülh şəraitində yaşamasının təmin edilməsinə dair çağırışlar ediblər.        

Proqram bazar günü, 13 iyun tarixində bir daha təkrarlanıb.

Proqramın tam mətni ilə verilən keçidlə tanış olmaq olar:

//www.youtube.com/watch?v=b3BXkm8Rv2w

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi