Modern.az

Təhsil naziri Goranboyda “Son zəng”də iştirak etdi - FOTO

Təhsil naziri Goranboyda “Son zəng”də iştirak etdi - FOTO

Aktual

14 İyun 2021, 16:32

Təhsil naziri “Son Zəng Günü” ilə bağlı  Goranboyda olub.

 

Goranboy rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, icra başçısı Məhərrəm Quliyev və Təhsil naziri Emin Əmrullayev öncə, Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını bildiriblər.

 

Sonra Tap Qaraqoyunlu kəndindəki Şəhidlər Xatirə Kompleksini və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan Tap Qaraqoyonlu kənd orta məktəbinə gələrək burada Milli Qəhrəmanın büstünü ziyarət etdilər. 

 

44 günlük Vətən Müharibəsində ən çox zərər çəkən kəndlərdən olan rayonun Tap Qaraqoyunlu kəndində, 540 yerlik tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Təhsil naziri Emin Əmrullayev məzunları təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!