Modern.az

Büdcə gəlirləri 9,735 milyard manatı ötüb

Büdcə gəlirləri 9,735 milyard manatı ötüb

14 İyun 2021, 21:37

2021-ci ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9,735 milyard manatı ötüb.

 

Modern.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.

 

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 9,366 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır.

 

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 368,9 milyon manat profisiti yaranıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...