Modern.az

Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI

Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI

Aktual

15 İyun 2021, 14:54

“Bu gün burda gələcəyə yönəlik iş birliklərinə imza atılacaq”.

 

Modern.az xəbər verir ki, bu sözləri Real tv- yə açıqlamasında Ərdoğanın Şuşa səfirin şərh edən türkiyəli professor Burhanəddin Buran deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın zəfərini təbrik etmək, dəstək göstərmək üçün Azərbaycana gəliblər:

“İki ölkənin dostluqları məlumdur. Türkiyənin bu məsələyə verdiyi dəstək hamıya məlumdur. Bu gün burda gələcəyə yönəlik iş birliklərinə imza atılacaq. İki dövlət bir güc birliyi olaraq davam edəcək. Türkiyə Azərbaycan yaxınlaşması Cənubi Qafqazda istiqlalı təmsil edən iki güc olaraq bilinir. Bundan sonra da sadəcə ticarət sahəsində deyil, müdafiə və s. sahəni təmsil edən iki böyük güc olaraq ciddi bir iş birliyi planlaşdırılır. Bölgədə heç bir ölkəyə, nə Rusiyaya, nə də İrana qarşı olmadan, amma bölgədə də ticarətin önünü açan iş birliyi söz sahibi olacaq”.

 

 Aysel Məhərrəm

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!