Modern.az

Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan

Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan

15 İyun 2021, 16:06

Son bir əsrdə Şuşaya qonaq gələn iki böyük Türk sərkərdəsi olub: Nuru paşa və Ərdoğan...

Nuru paşa Şuşaya ermənilərin təmizlənməsindən sonra daxil olub. Gövhər ağa məscidində namaz qılıb və şəhəri gəzintiyə çıxıb. Şəhərin  təbiətinə valeh olan Nuru paşa burada hərbi keçid də təşkil edib. Ermənilərin və şuşalıların gözü qarşısında keçirilən hərbi parad azərbaycanlılara sevinc, ermənilərə isə dərd gətirib.

Şuşalılar da Bakının azad olunması zamanı Nuru Paşanın şərəfinə oxunan “Küçələrə su səpmişəm” mahnısı belə ifa ediblər.


Küçələrə su səpmişəm,

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.


Nuru paşanın qarşılayan hər kəs bu mahnının sözlərini ucadan oxuyur və ölkəmizi xilas etməyə gələn Türk ordusunu alqışlayırdılar.


Bir əsr sonra isə Türkiyənin ikinci böyük şəxsiyyəti Ərdoğan Şuşaya daxil oldu..


Bu dəfə də hərbi keçid oldu...


Şuşanın küçələrinə yenə su səpildi... Hamımızın gözlədiyi bayatını da eşidə bilərik: 


Arazı ayırdılar,

Qum ilən doyurdular,

Mən səndən ayrılmazdım,

Zülmünən ayırdılar.

Bəli Arazı ayırırlar...

Qarabağdan Zəngəzura, ordan da Xudafərin körpüsünü keçib Təbrizə getmək çox rahatdır. 

Çox rahat...

Xoş gəldin Ərdoğan...

 

Zaur Əliyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub