Modern.az

100-dən çox jurnalist toplanır

100-dən çox jurnalist toplanır

20 İyun 2021, 11:30

Bu ilin 2-4 iyul tarixlərində Qlobal Jurnalistlər Şurasının (GJC) Alanyada toplantısı keçiriləcək.

 

Modern.az xəbər verir ki, toplantıda 100-dən çox xarici və türkiyəli jurnalist iştirak edəcək.
GJC sədri Mehmet Ali Dim bldiririb ki, 2-4 iyul tarixlərində Alanya'da keçiriləcək qlobal toplantıya hazırlıqları davam etdirirlər. O, toplantının proqramını açıqlayıb.

 

- 100-dən çox yerli və xarici GJC üzvünün bir araya gələcəyi nəhəng iclas, qonaqların Alanya'ya gələrək otellərində yerləşməsi ilə 2 İyul Cümə günü başlayacaq.
Saat 16.30-da qonaqlar teleferiklər Alanya Qalasına aparacaq və qalaya ekskursiya edəcəklər.
Saat 19.00-da qayıq turundan sonra jurnalistlər 20.30-da Liman restoranında naharda qonaq olacaqlar.
3 İYULDA GÖRÜŞLƏR
3 iyul şənbə günü görüşlər saat 16.00 - 20.00 arasında keçiriləcək.
İdarə Heyəti, Nəzarətçilər Şurası, Etik Komitə, Fəxri Heyət və Məşvərət Şurasının iclasları Lonicera Oteldə 16.00-17.00 aralığında ayrı salonlarda keçiriləcək.
Yerli Media Şurası və Xarici Media Şurası iclasları 17.00-18.00 aralığında ayrı salonlarda keçiriləcək.
Bütün üzvlərin iştirakı ilə saat 18:00-19:30 arasında ümumi yığıncaq keçiriləcək.
Görüşlərdən sonra saat 20: 00-da Lonicera Hotel Balo salonunda Qala Yeməyi və Mükafat Mərasimi keçiriləcək.
Alanyadakı qlobal görüş qonaqların 4 İyul 2021 Bazar günü yola salınması ilə sona çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır