Arxiv
22 İyun 2021, 18:08 | AKTUAL
Əli Nağıyev ordu generalı ilə görüşdü

DTX rəisi ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

 

Modern.az DTX-nin saytına istinadən xəbər verir ki, görüşdə general-polkovnik Əli Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələrimiz arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter almışdır.

 

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını çatdıran ordu generalı Qamar Caved Bacva bu görüşlərin tərəfdaşlıq münasibətlərinin güclənməsinə və dərinləşməsinə xidmət etdiyini, hər iki dövlətin maraq və mənafelərinin etibarlı qorunması, sülh və sabitliyin təmin olunması istiqamətində görülən işlərin, aparılan müzakirələrin mövcud əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

 

 

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:34 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı olub 28 İyul 2021, 14:20 Azərbaycanda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş keçirilib 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15